Məşhur Pəncablı müğənni Rəcvir Cavanda vəfat edib
Bu barədə BBC xəbərdə qeyd olunub:
“35 yaşlı məşhur Pəncab müğənnisi və aktyoru Rəcvir Cavanda Hindistanın Himaçal Pradeş ştatında baş verən yol qəzasından 11 gün sonra dünyasını dəyişib. O, Solan bölgəsində motosikleti ilə hərəkət edərkən mal-qaraya çırpılaraq ağır xəsarət alıb.
Cavanda sevgi və milli qürur mövzulu mahnıları, təmiz imici və müasir musiqini xalq motivləri ilə birləşdirməsi ilə tanınıb. Onun YouTube kanalının 900 mindən çox abunəçisi var idi, mahnıları milyonlarla baxış toplayıb.
Müğənni eyni zamanda bir neçə filmdə də rol almış, mahnılarında narkotik və silah mövzularından uzaq durub..
Cavanda əvvəlcə musiqiçi deyil, polis olmaq istəyib. Atası da polis işçisi olub,amma uşaqlıqdan xalq musiqisinə maraq göstərib, truba çalmağı öyrənib.Universitetdə teatr təhsili alsa da, bir mahnısının viral olması onun peşəkar musiqi yoluna çıxmasına səbəb olub.O, doqquz il polis xidmətində çalışdıqdan sonra tamamilə sənətə yönəlib.
2020-ci ildə kənd təsərrüfatı islahatlarına qarşı keçirilən fermer etirazlarında fəal iştirak edib və səhnələrdə çıxış edərək xalqı ruhlandırıb.
Onun ölümündən sonra həm siyasətçilər, həm də sənət yoldaşları dərin hüznlərini bildiriblər”.
BBC news
Ayşə Natiq qız