00:00:00
Yazar
Lalə Qafarova
26.02.2026 21:48 12 2 dəq oxuma
Dünya Özəl

"Müdaxilə etməsəydim, baş naziriniz ölərdi" - Trampdan şok açıqlama

"Müdaxilə etməsəydim, baş naziriniz ölərdi" - Trampdan şok açıqlama

ABŞ Prezidenti Donald Tramp Konqresdə etdiyi Birliyin Vəziyyəti müraciəti zamanı Hindistanla Pakistan arasında yaşanan gərginliyə toxunaraq diqqətçəkən açıqlamalar verib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, xarici liderlər haqqında sərt bəyanatlar vermək beynəlxalq münasibətlərə zərər vurur.

 

Onun sözlərinə görə, bu cür açıqlamalar diplomatik qaydalara uyğun deyil:

 

"Dövlətlər böyüklüyündən və kiçikliyindən asılı olmayaraq beynəlxalq hüququn bərabərhüquqlu subyektləridir. Onların liderləri bir-birinə hörmətlə yanaşmalıdır. Rəsmi açıqlamalar etik və protokol qaydaları çərçivəsində verilməlidir. Təəssüf ki, son dövrlər dünyada bu nizam müəyyən qədər pozulub. Xüsusilə böyük dövlətlər bəzən bu qaydalara riayət etmir, orta və kiçik dövlətlərin liderlərinə qarşı hörmətsiz davranışlar sərgiləyirlər. Bu isə doğru yanaşma deyil. Böyük güclərin regional münaqişələrə müdaxiləsinə gəldikdə isə, bu, bəzən sabitlik yaradır, bəzən isə əksinə, gərginliyi artırır. Hər şey konkret vəziyyətdən asılıdır. Məsələn, ABŞ-ın ötən il Hindistan və Pakistan arasında yaranmış gərginliyə müdaxiləsi müəyyən mənada müsbət nəticə verdi və sabitliyin təmin olunmasına kömək etdi. Tramp da zaman-zaman bir neçə münaqişənin qarşısını aldığını qeyd edir. Lakin bütün hallarda müdaxilələr müsbət nəticə vermir. Bəzi hallarda böyük dövlətlərin regional proseslərə qarışması qarşıdurmanı daha da dərinləşdirir. Buna görə də dövlət başçıları böyüklüyündən və kiçikliyindən asılı olmayaraq beynəlxalq hüquqa və digər ölkələrin suverenliyinə hörmət etməlidirlər. Təbii ki, hər bir dövlətin öz maraqları var. Ancaq bu maraqlar digər tərəflərin də maraqları nəzərə alınmaqla təmin olunmalıdır. Gücdən istifadə beynəlxalq münasibətlərdə əsas alətə çevrilməməlidir. Əks halda, bu, beynəlxalq nizamı poza bilər. Daha məqsədəuyğun olardı ki, böyük dövlətlər regional məsələlərə ya müdaxilə etməsinlər, ya da müdaxilə edirlərsə, bunu beynəlxalq hüquq çərçivəsində həyata keçirsinlər. Əks halda, bu cür addımlar ciddi fəsadlara yol aça bilər. ABŞ-nin Hindistan və Pakistan münasibətlərinə müdaxiləsi konkret halda qarşıdurmanın azalmasına və atəşkəsin təmin olunmasına səbəb oldu. Lakin ümumi yanaşmada dövlətlərin öz problemlərini ya öz aralarında, ya da beynəlxalq təşkilatların vasitəçiliyi ilə həll etməsi daha məqsədəuyğundur. Reallıq ondan ibarətdir ki, dünyanın supergücləri, xüsusilə ABŞ və digər böyük dövlətlər bir çox hallarda qlobal proseslərə müdaxilə edir və bunu beynəlxalq nizamın qorunması kimi təqdim edirlər. Lakin İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquq sistemi məhz bu kimi halların ədalətli şəkildə tənzimlənməsi üçün yaradılıb.
 

Hesab edirəm ki, dövlətlərarası münasibətlərdə yenidən beynəlxalq hüququn rolu gücləndirilməlidir. Bu, qlobal qarışıqlığın qarşısını almağa və beynəlxalq nizamın qorunmasına xidmət edər".

 

Selcan Xudiyeva

#xəbər #yeni #"müdaxilə #açıqlama #trampdan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər