00:00:00
Yazar
Admin User
31.08.2025 06:54 132 1 dəq oxuma
Sosial

Muğan kanalının bir hissəsi beton üzlüyə alınıb

Muğan kanalının bir hissəsi beton üzlüyə alınıb

Cəlilabad rayonunda Muğan torpaq məcralı kanalın 4 min metrə yaxın hissəsi beton üzlüyə alınıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Muğan kanalının su götürən hissəsində əvvəlki illərdə 3 500 metr hissə betonlanıb. Cari ildə isə daha 1 500 metrlik sahədə bu işlərin görülməsi nəzərdə tutulub.

 

Əlavə olunub ki, bununla da kanalın xidməti ərazisində olan torpaq sahələrinin suvarılmasında su itkisi minimuma endiriləcək.

 

Qeyd edək ki, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Cəlilabad rayonunda 11 305 hektar suvarılan torpaq sahələrinə xidmət edir. Suvarma suyu 376 kilometrə yaxın suvarma kanalı vasitəsilə əkin sahələrinə çatdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər