Müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı dialoq aparılıb-Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı dialoq aparılıb.
"İnformator.az" xəbər verir ki, A. Əraqçi bunu "X" sosial şəbəkə hesabında yazıb.
"47 il ərzində ən yüksək səviyyəli intensiv danışıqlarda İran müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı şəkildə dialoq aparıb", - o bildirib.
Əraqçi qeyd edib ki, "İslamabad Memorandumu" da əldə oluna bilərdi:
"Lakin biz "İslamabad Memorandumu"ndan cəmi bir neçə santimetr məsafədə olanda maksimalizm və blokada ilə üzləşdik".
Onun sözlərinə görə, ABŞ müharibədən nəticə çıxarmayıb. "Yaxşılıq yaxşılıq doğurur, düşmənçilik isə düşmənçilik", - Əraqçi vurğulayıb.