00:00:00
Yazar
Admin User
22.10.2025 16:43 128 1 dəq oxuma
Dünya

Murmu ölümdən dönüb

Murmu ölümdən dönüb

Hindistan Prezidenti Droupadi Murmu ölümdən döndü. Prezident Murmunu 4 günlük səfəri üçün Kerala ştatına aparan helikopterin eniş etdiyi meydançanın bir hissəsində çökmə baş verib.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təhlükəsizlik qüvvələrinin helikopteri daha təhlükəsiz yerə itələyərək apardıqları görünüb. Prezident Murmu baş verən hadisəyə baxmayaraq, planlaşdırılmış 4 günlük səfər proqramına ara vermədən davam edib.

 

Polis idarəsindən yüksək vəzifəli bir rəsminin Hindistan mediasına verdiyi açıqlamaya görə, helikopterin eniş yeri son anda dəyişdirilib, buna görə də stadionda helikopter meydançası enişdən bir neçə saat əvvəl hazırlanıb. Rəsmilərin sözlərinə görə, “Beton hələ tam bərkiməyib. Buna görə helikopter eniş etdikdə onun ağırlığını daşıya bilmədi və təkərlərin dəydiyi yerlərdə çökmələr yaranıb".

 

Rəsmilər təhlükəsizlik protokollarının pozulub-pozulmadığını müəyyən etmək üçün hadisə ilə bağlı araşdırmaya başlayıblar. Hindistan Hərbi Hava Qüvvələri də meydançanın dayanıqlıq testinin niyə həyata keçirilmədiyini araşdırıb.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər