00:00:00
Yazar
Admin User
12.11.2025 16:41 123 2 dəq oxuma
Siyasət

Muxtar Babayev COP30-un açılışını edib

Muxtar Babayev COP30-un açılışını edib

Bakı 10 noyabr 2025 – COP29-un prezidenti və iqlim məsələləri üzrə Azərbaycan nümayəndəsi Muxtar Babayev COP30-un açılışında çıxış edib. O, Bakı Maliyyə Məqsədinin (Baku Finance Goal) Qlobal Cənuba dəstək və iqlim maliyyəsinin yönləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 

 Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Bakı Maliyyə Məqsədi qlobal iqlim siyasətinə təsir baxımından belə oldu ki, qlobal iqlim siyasəti bir qırılma dövründə idi:

 

"Xüsusilə də Donald Trampın hakimiyyətə gəlməsindən sonra beynəlxalq iqlim siyasətində dövlətlərin baxışları dəyişməyə başlayıb. Bu dəyişiklik Bakının qlobal enerji və ekoloji həmrəyliyində yeni yollar axtarmağa vadar edib. Çünki Bakı Maliyyə Məqsədi çərçivəsində maliyyələrin ayrılmaması və qlobal iqlim siyasətinin maliyyələşməməsi, bu təşəbbüslərin yarımçıq qalmasına səbəb ola bilərdi.

 

Azərbaycan tərəfinin həm icra, həm də potensial baxımından 3-cü və 4-cü tip ölkələrə maliyyə yardımı göstərməyə yönələn səyləri qəbul edilib və bununla da davamlılıq təmin olunub. Bu baxımdan, Bakı Bəyannaməsi kimi sənədlər ciddi istinad mənbəyinə çevrilib. Azərbaycanın çoxtərəfli diplomatiyası bu vəziyyətdə regional və qlobal siyasətə mühüm təsir göstərib

 

Azərbaycan, Türk Dövlətləri Təşkilatının lider ölkəsi olaraq, dünyanın üçüncü böyük bazarını formalaşdırır. Avropa İttifaqı, Qərb və ya Şərq prizmasından baxanda, Azərbaycan üçüncü güc mərkəzinə çevrilir. Eyni zamanda, Azərbaycan qlobal logistika rolu oynayır - Qərbdən Şərqə və ya əksinə yük daşımalarının ötürücü ölkəsidir.Enerji qüvvəsi olaraq da regional və qlobal siyasətdə rol alır. Avropa İttifaqı və aparıcı ölkələr Azərbaycanın enerji siyasətindən asılı vəziyyətdədir. Onlar bu tələbləri tam ödəyə bilmədiklərinə görə, Azərbaycan alternativ və güvənli tərəfdaş kimi ön plana çıxır. Digər tərəfdən, Çin, ABŞ və Rusiya kimi ölkələrdə müharibə sənayesi və böyük istehsalat müəssisələrinin fəaliyyətinə hər hansı bir məhdudiyyətin qoyulmaması, ətraf mühitə ciddi zərər verir. Xatırladaq ki, elə Donald Tramp dönəmində ABŞ-nin Paris Sazişindən çıxması bir çox böyük dövlətin iqlim məsələlərinə yanaşmasını dəyişdirdi. Fransanın iri korporasiyalarının əksəriyyəti də iqlim həssaslıqlarına qarşı çıxırlar. Bunlar əsasən avtomobil sənayesi və ağır sənaye sahələrində fəaliyyət göstərən şirkətlərdir. Onlar iddia edirlər ki, qlobal istiləşmə və ekoloji problemlər müəyyən qrupların başqa məqsədlərlə uydurduğu anlayışlardır. Yəni bu baxış fərqləri iqtisadi və siyasi gücü əlində cəmləşən ölkələrin maraqlarından qaynaqlanır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər