00:00:00
Yazar
Admin User
14.04.2025 08:20 172 1 dəq oxuma
Sosial

Növbəti iki gündə Bakıda leysan yağacaq, subasma halları istisna olunmur

Növbəti iki gündə Bakıda leysan yağacaq, subasma halları istisna olunmur

Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

 
 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər