Nüvə alimi Təbatəbai evində öldürülüb
İranlı nüvə alimi Dr. İsar Təbatəbainin evində hücuma məruz qalaraq həyat yoldaşı ilə birlikdə həlak olduğu bildirilib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, İranın nüvə sənayesinə mühüm töhfələr verdiyi bildirilən Təbatəbai, həyat yoldaşı Mənsurə Haci Salimlə birlikdə İsrailin ötən həftə təşkil etdiyi hücumlar zamanı evində öldürülüb.
Xəbərdə hücumun nə zaman və necə həyata keçirildiyinə dair ətraflı məlumat verilməyib.
2007-ci ildə Nüvə Mühəndisliyi sahəsində doktorantura təhsilini başa vuran Təbatəbai, uzun illər İranın nüvə sənayesi sahəsində fəaliyyət göstərib.
TRT XƏBƏR
Lalə Qurbanlı