00:00:00
Yazar
Admin User
03.12.2025 18:56 117 2 dəq oxuma
Dünya

NASA ilk dəfə Bennu asteroidində qlükoza izləri tapıb

NASA ilk dəfə Bennu asteroidində qlükoza izləri tapıb

NASA Bennu asteroidindən götürülən ilk kosmik nümunələrdə canlıların enerji mənbəyi olan qlükoza, həmçinin genetik kodun (RNA) yaranması üçün lazım olan riboza şəkərlərini aşkarlayıb.

 

Bu kəşf həyatın quruluş elementlərinin kosmosda geniş şəkildə yayıldığını sübut edərək, digər planetlərdə həyat axtarışı ilə bağlı ümidləri ən yüksək səviyyəyə qaldırıb.

 

Alimlər Bennu asteroidindən gətirilən və Yer atmosferi ilə heç təmas etməmiş, tamamilə təmiz daş tozlarını araşdırıblar. Nəticə inanılmaz oldu: Onların içində həyatın başlanması üçün lazım olan əsas kimyəvi maddələrdən olan şəkərlər tapılıb.

 

Genetik məlumatı daşıyan və ilkin həyatın əsasını təşkil etdiyi düşünülən RNA molekulunun tərkibində olan ribozla yanaşı, müasir həyatın əsas enerji mənbəyi sayılan qlükoza da ilk dəfə bir asteroiddə aşkar edilib. NASA mütəxəssisləri belə maddələrin- yəni həyat üçün vacib olan xammalın- erkən Günəş sisteminin hər yerində mövcud olduğunu düşünürlər. Bu isə Marsda və ya Yupiterin buzlu peyklərində belə həyatın ilkin toxumlarının ola biləcəyi deməkdir.

 

Asteroid yalnız şəkərlərlə deyil, başqa sirli tapıntılarla da gəlib. Alimlər daha əvvəl heç bir kosmik daşda rast gəlinməmiş və “kosmik saqqız” adlandırdıqları qəribə, polimerə bənzər bir maddə kəşf ediblər. Bu maddənin Yer üzündə həyatın yaranmasına zəmin hazırlayan çox qədim kimyəvi birləşmə ola biləcəyi ehtimal edilir.

 

Bundan əlavə müəyyən olunub ki, Bennu digər kosmik daşlarla müqayisədə altı dəfə daha çox ölmüş ulduzların tozunu ehtiva edir.

 

Bu balaca asteroid nümunələri alimlərin sözləri ilə desək, “başlanğıcın başlanğıcına” baxmağa imkan yaradır və bizə kainatın ən böyük sirrini anlamaq yolunda bələdçilik edir.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər