Nathan Gill pro-Rusiya ödənişlərinə görə həbs edilib
Reform UK-in Uels üzrə keçmiş lideri və sabiq Avropa parlamentari Nathan Gill, pro-Rusiya narrativlərini təbliğ etməsi qarşılığında pul aldığına görə on il yarım həbs cəzasına məhkum edilib. O, Avropa Parlamentində və media çıxışlarında Rusiyapərəst açıqlamalar verib, Medvedçuka bağlı 112 Ukrayna və NewsOne kanallarını müdafiə edib və Medvedçukun Donbas üçün “sülh planı”nı təqdim etdiyi tədbirə ev sahibliyi edib.
Sxem ABŞ və Britaniya tərəfindən sanksiya tətbiq edilən keçmiş Ukrayna deputatı Oleg Voloşin tərəfindən qurulub və Gill-in 40 min funt sterlinqədək ödəniş aldığı bildirilir. Britaniya antiterror polisi digər şəxslərin iştirakı ilə bağlı istintaqı davam etdirir.
Reform UK Gill-i əvvəlcədən partiyadan qovmuş və əməlini “xəyanətkar və bağışlanmaz” adlandırmışdı. Hakim Gill-in “ictimai etimada xəyanət etdiyini” vurğulayıb.
Baş nazir Keir Starmer hadisədən sonra Nigel Farage-ı partiyada mümkün rus əlaqələrini araşdırmağa çağırıb. Leyboristlər hökmun Reform UK daxilində daha geniş pro-Rusiya təsirləri barədə suallar yaratdığını bildiriblər.
ANEWZ
Güllər Gülhüseynova