00:00:00
Yazar
Admin User
24.06.2025 16:34 135 1 dəq oxuma
Dünya

NATO baş katibi müttəfiqləri Türkiyə ilə əməkdaşlığı gücləndirməyə çağırıb

NATO baş katibi müttəfiqləri Türkiyə ilə əməkdaşlığı gücləndirməyə çağırıb

NATO-nun baş katibi Mark Ryutte Türkiyənin müdafiə-sənaye bazasının Böyük Britaniya, Norveç və Avropa İttifaqı ilə mümkün qədər sıx əlaqədə olmasının vacibliyini bildirib. Blok rəhbəri bu fikirləri Haaqada keçirilən NATO sammiti çərçivəsində təşkil olunmuş “İctimai forum”da çıxışı zamanı səsləndirib.

 

Ryutte qeyd edib ki, Türkiyə çox böyük və güclü müdafiə-sənaye bazasına malikdir. Baş katib bu məqamın nəzərə alınmamasının yolverilməz olduğunu vurğulayıb. “Mən onların bəzi şirkətlərində olmuşam – doğrudan da təsir edicidir”, – deyə o, Türkiyənin müdafiə sənayesi müəssisələrinə səfəri barədə danışarkən bildirib.

 

O, həmçinin vurğulayıb ki, NATO üzrə müttəfiqlər Türkiyənin müdafiə sənayesinə qarşı maneələr yaratmamalıdır. “Gəlin, NATO daxilində heç bir maneə yaratmağa imkan verməyək. Bu heç kimə fayda verməyəcək”, – deyə baş katib əlavə edib.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər