00:00:00
Yazar
Səadət Əlizadə
13.08.2026 21:08 12 1 dəq oxuma
Siyasət

NATO Kosovodakı hərbi kontingentini azaltmağa başlayıb

NATO Kosovodakı hərbi kontingentini azaltmağa başlayıb

NATO təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əlaqədar Kosovodakı hərbi kontingentinin sayını azaltmağa başlayıb.
 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, bu normal bir prosesdir, çünki artıq hər halda Kosovonun öz suverenliyini müdafiə etmək imkanları kifayət qədərdir:

 

"İkinci məqamda biz görə bilirik ki, Kosovo ötən müddət ərzində kifayət qədər inteqrasiya olunmağı bacardı, təhlükəsizlik strukturunu təkmilləşdirib.

Məncə, burada maraqlı başqa bir məqam da var. Bu, Serbiya ilə bağlıdır. İndinin özündə də Serbiyada Kosovaya qarşı müəyyən narazılıq ab-havası və tendensiyası var. Bunu davamlı şəkildə hiss edirik. Amma maraqlı məqam ondan ibarətdir ki, Ukrayna müharibəsi kontekstində Serbiyanın Rusiya ilə münasibətlərinin istiqamətləri bir qədər dəyişmiş olub.

Serbiya ya “batan gəmi”də qalmalı, ya Rusiyanı kəskin şəkildə müdafiə etməli, ya da Rusiyanın əleyhinə olan istiqamətdə qərarlaşmalı idi. Bax, bu prosesi bir qədər izləmək lazımdır. Çünki son zamanlar Serbiyanın NATO və Avropa strukturlarına yaxınlaşdığını görürük.

Hər halda, Serbiya üçün NATO qüvvələrinin, yəni KFOR-un Kosovodan çıxmağa başlamasını bir mesaj kimi, müəyyən narahatlıq səbəblərinin aradan qaldırılması istiqamətində atılan addım kimi də başa düşmək olar".

 

Səadət Əlizadə

#nato #yeni #kontingentini #hərbi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər