00:00:00
Yazar
Admin User
11.11.2025 17:25 99 2 dəq oxuma
Dünya

NATO nazirləri Brüsseldə toplanacaq

NATO nazirləri Brüsseldə toplanacaq

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 3 dekabrda Brüsseldə görüşəcəklər. Toplantı alyansın baş katibi Mark Rüttenin sədrliyi ilə keçiriləcək. NATO-nun mətbuat xidməti bildirib ki, iclasın ətraflı proqramı yaxın günlərdə açıqlanacaq.

 

Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, NATO nazirlərinin Brüsseldə görüşü ola bilsin ki, onların rutin görüşlərindən biridir:

 

“Dekabr ayında xarici işlər nazirləri zaman-zaman bir araya gəlirlər. NATO dövlətləri – Avropanın demək olar ki, əksər ölkələri – o cümlədən də NATO-nun əsas strategiyasını və gələcək planlarını müəyyən edən Amerikadır, bilirsiniz. Avropa dövlətləri hələ də Amerikadan müstəqil hərbi sənaye və hərbi sahədə fəaliyyət göstərə bilmirlər. Yəqin ki, NATO-nun gündəliyi hələ açıqlanmadığı üçün yalnız təxminlər yürütmək olar. Müzakirə mövzularından biri yenə Ukrayna məsələsi olacaq. Çünki Ukrayna əslində bu vəziyyətə NATO-nun siyasətinə görə düşüb. Ukrayna NATO-ya üzv olmaq istəyib, lakin Rusiya öz sərhədlərinə yaxın belə bir hərbi qurumun yerləşməsini istəməyib. Bu, NATO-nun Rusiya ilə birbaşa qonşu olması demək idi. O baxımdan Ukraynanın bugünkü durumuna görə məsuliyyət daşıyan tərəflərdən biri də NATO-dur. Ola bilsin, Ukraynanın bu vəziyyətdən çıxarılması yolları müzakirə olunsun. Ümumiyyətlə, NATO-nun adətən uzaq və yaxın hədəfləri olur. Ukrayna bu gün yaxın hədəflərdən biridir. Ona görə də Ukrayna ilə bağlı strategiyada müəyyən dəyişikliklər edilə bilər. Eyni zamanda, dünyada baş verən proseslər – NATO-nun nəzarət etdiyi və yerləşdiyi coğrafiyalarda olan vəziyyətlər – müzakirə olunacaq. Amerika ilə Avropa ölkələri arasında müdafiə məsuliyyətinin bölüşdürülməsi məsələsi də zaman-zaman yenidən gündəmə gətirilir. Bildiyiniz kimi, Avropa ölkələrinin təhlükəsizliyi, xüsusilə də hərbi təhlükəsizliyi əsasən NATO-nun nəzarətindədir və yer kürəsinin ən aparıcı qüvvəsi olan Amerika bu məsələlərdə əsas söz sahibidir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər