00:00:00
Yazar
Admin User
14.09.2023 18:35 415 2 dəq oxuma
Dünya

NATO NİYƏ MƏHZ BOLQARISTANDA HƏRBİ BAZA AÇIR?

NATO NİYƏ MƏHZ BOLQARISTANDA HƏRBİ BAZA AÇIR?

     NATO Bolqarıstanda hərbi baza açır. Bolqarıtsanın silah-sursatın daha rahat şəkildə yerləşdirilməsi üçün əlverişli məkan hesab olunur.  Həmçinin milyon dollara başa gələcək bazanın açmaqda  bir çox başqa mühüm səbəblər də var. Bəs NATO niyə məhz indi bu layihəni həyata keçirtməkdə maraqlıdır? 


    NATO Bolqarıstanda hərbi şəhərcik tikmək qərarına gəlib. Hərbi bazada kazarmalar, texnikaların saxlanması üçün binalar olacaq. Həmçinin, NATO-nun döyüş qrupu üçün yol şəbəkəsi hazırlanacaq. Hərbi düşərgənin harada tikiləcəyi hələlik dəqiq məlum deyil. Lakin çoxməqsədli döyüş qrupunun ölkənin cənub-şərqindəki Yambol bölgəsindəki iki hərbi bazada yerləşdirilə biləcəyi proqnozlaşdırılır. Şəhərciyin həyata keçirilməsi üçün təqribən, 55 milyon dollar tələb olunur. Hərbi ekspert Azər Bayramovun sözlərinə görə, NATO tələb olunan vəsaitin bir hissəsini özü ayıracağını bildirib. "Bolqarıstanın Qara dənizlə sərhəd şəhərində həmin bölgədə şəhərin yaxınlğında yerləşir. Belə böyük hərbi bazanın yaradılması eyni zamanda ondan xəbər verir ki, Rusiyanın əsasən Qara dəniz istiqamətindən hər hansısa bir təhlükə törədəcəyi təqdirdə onun qarşısının vaxtında alınması məqsədi güdür".

   Bolqarıstanın Müdafiə naziri hərbi bazada xidmət edəcək zabitlərin əksəriyyətinin İtaliyadan olacağını bildirib. Hazırda Bolqarıstanın Novo Selo şəhərindəki ABŞ hərbi bazasında isə minə yaxın NATO əsgəri var. Ümumiyyətlə isə, Bolqarıstan getdikcə ABŞ-ın hərbi təsiri altına düşür desək yalan olmaz. Layihənin indi həyata keçirilməsinə baxmayaraq, bu çoxdan nəzərdə tutulan bir plan idi. Bütün Yunanıstanı hərbi bazaya çevirən ABŞ, standart əməliyyat prosedurlarını qurmaq və daha da artırmaq üçün Bolqarıstanda da artıq planların icrasına başlayıb. Həm də  ABŞ və NATO yalnız Bolqarıstanda deyil, həmçinin, Rumıniya, Macarıstan, Slovakiya kimi ölkələrdə də hərbi varlıqlarını artırmaq qərarına gəlib. Bu dörd ölkədə hərbi bazalar açmaq və orada möhkəmlənmək onların ən böyük amillərindən birinə çevrilib. Ekspertlərin fikrincə, bu hərbi yerləşdirmə və güclənmə daha çox rəsmi Moskvaya qarşı hesablanmış addımdır. Hədəflərdən birinin də rəsmi Ankara olması ehtimalları da var. 
Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, ikinci hədəf Türkiyə kimi görünə bilər. "Hər nə qədər Türkiyə NATO ölkəsi olsa da, biz ABŞ-nin hərbi yığınaq, hərbi depolar, silahlı birləşmələr üçün təlim mərkəzləri, kazarmalar və s inşa etdiyini görürük. Artıq Yunanıstanda irili-xırdalı 14 qədər ABŞ hərbi bazası var. Trakiyada bu hərbi bazalar yığılıb".

   Türkiyənin isə buna qarşılıq olaraq hansı addım atacağı hələki məlum deyil. Digər tərəfdən hərbi bazanın həm də dəniz bazası kimi istifadə olunacağı düşünülür. Bildirilir ki, Baza 2025-ci ilə qədər hazır olacaq. 

FİDAN

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər