NATO Trampın 'İran' əməlini müdafiə edib: ABŞ beynəlxalq hüququ pozmayıb
NATO Baş katibi Rutte, İsrailin İrana hücumu ilə başlayan qarşıdurmalara ABŞ-ın müdaxilə etməsi və üç nüvə obyektini vurması əməlini “beynəlxalq hüququn pozulması deyil” kimi qiymətləndirib. Rutte, NATO-nun qarşısındakı ən birbaşa və ciddi təhlükənin Rusiya olduğunu bildirib.
NATO Baş katibi Rutte, Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsində çıxış edib.
Rutte, “ABŞ-ın İranı vurması beynəlxalq hüququn pozulması deyil” açıqlamasını verib.
“Müttəfiqlər uzun zamandır İranın nüvə silahı inkişaf etdirməməsi gərəkdiyi mövzusunda razılaşıblar,” deyə Rutte bildirib, “Bu ittifaqın birbaşa qarşılaşdığı ən böyük təhlükə Rusiyadır,” – deyə əlavə edib.
Rutte, NATO üzvü ölkələrin ümumi daxili məhsulunun (ÜDM) 5 faizini müdafiəyə ayırmaqla bağlı razılaşdıqlarını və müttəfiqlərin min ədəd əlavə tank və zirehli texnikaya sərmayə yatıracaqlarını bildirib.
“Xərc nisbətində razılaşıblar”
“Müttəfiqlərin Haaqa şəhərində razılaşdıqları müdafiə sərmayə planı, ÜDM-in 5 faizinin müdafiəyə ayrılmasını nəzərdə tutan yeni bir əsas yaradıb. Bu, iddialı, tarixi və gələcəyimizi təmin altına almaq üçün əsas bir sıçrayış olub.”
Mark Rutte, NATO ölkələrinin hava hücumundan müdafiə qabiliyyətlərini beş dəfə artırmağı planlaşdırdıqlarını bildirərək deyib ki, Rusiyanın “öldürücü terrorunu” hər gün Ukrayna səmasında müşahidə edirlər və bu cür hücumlardan qorunmaq üçün hazır olmalıdırlar.
Rutte, müttəfiqlərin Ukraynaya dəstəyinin sarsılmaz və davamlı olduğunu vurğulayıb, bu il Ukraynaya 35 milyard avrodan çox hərbi yardım göstəriləcəyini deyib.
O, Ukraynanın NATO-ya gedən yolunun geri dönməz olduğunu qeyd edib və əlavə edib ki, Rusiyanın ittifaqa qarşı hər hansı hücumuna NATO-nun verəcəyi cavab “dağıdıcı” olacaq.
Habertürk
Xəlilli Nigar