NATO-Ukrayna Şurası Brüsseldə toplanıb
NATO-Ukrayna Şurası toplantısı qeyri-rəsmi formatda, müdafiə nazirləri səviyyəsində Brüsseldə keçirilib.
NATO Müdafiə Nazirləri Toplantısı üçün bir araya gələn müttəfiq ölkələrin nazirləri, əsas sessiyanın ardından qeyri-rəsmi NATO-Ukrayna Şurası toplantısına keçiblər.
Toplantıya NATO-ya üzv 32 ölkənin müdafiə nazirləri ilə yanaşı, Ukrayna Müdafiə Naziri Denis Şmigal da qatılır.
Toplantıda Türkiyəni Milli Müdafiə Naziri Yaşar Gülər təmsil edir.
NATO ilə Ukrayna arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırmaq məqsədilə yaradılan NATO-Ukrayna Şurası ilk dəfə 12 iyul 2023-cü il tarixində Vilnüs Zirvəsi çərçivəsində toplanıb.
TRT XƏBƏR
Lalə Qurbanlı