NATO: Ukraynanın danışıqlara başlamağa ehtiyacı yoxdur
"Cəbhədə baş verənlər hələ də Kiyevi danışıqlara başlamağa məcbur etməyib".
RİA Novosti xəbər verir ki, NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bəyan edib ki, Ukraynanın belə bir ehtiyacı yoxdur.
"Vəziyyət o qədər dəyişməyib ki, Ukrayna hakimiyyəti danışıqlar masasına oturmağa hazır olsun", - alyans nümayəndəsi qeyd edib.
Bauer bundan əvvəl deyib ki, Rusiya müdafiə istehsalı Avropa və ABŞ-dan daha sürətlə inkişaf edir.
NATO nümayəndəsi həmçinin etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Qərb ölkələrinin silah-sursat tədarükünü gecikdirdiyinə görə döyüş meydanında çətin vəziyyətdədir.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
