NATO Xarici İşlər Nazirləri Brüsseldə görüşəcək
Brüssel 10 noyabr 2025-3 dekabr 2025-ci ildə Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş NATO-nun qərargahında baş tutacaq və iclasa baş katib Mark Rutte sədrlik edəcək. Ətraflı proqram daha sonra açıqlanacaq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Elman Vəliyev bildirib ki,NATO-nun Xarici İşlər Nazirləri ilə görüşü bu iclası qərarverici orqan kimi qiymətləndirilir:
"Əsas məsələlər burada müzakirə olunur. Xüsusən genişlənmə strategiyası, təhlükəsizlik məsələləri burada xüsusi önəm daşıyır. NATO genişlənmə siyasətini qarşıya qoyubdur. Bu görüşdə mütləq ki, ola biləcək potensial təhlükələrinin qarşısının alınması, yeni üzvlərin qəbul edilməsi. Və Ukrayna-Rusiya konfliktinin də zənn edirəm ki, müzakirə predmeti ola bilər onlar arasında. Həmin konfliktdə də ola biləcəklərin qarşısının alınması. Çünki NATO üzvlərinə ola bilər ki, konflikt nəticəsində təhlükə yarana bilər. Bu kimi məsələlər müzakirə ediləcək".
Aişə Mustafayeva