00:00:00
Yazar
Admin User
23.06.2025 10:59 155 1 dəq oxuma
Dünya

NATO Yaxın Şərq münaqişəsini gündəmə çıxarmayacaq

NATO Yaxın Şərq münaqişəsini gündəmə çıxarmayacaq

NATO-nun Haaqada keçiriləcək sammitinin rəsmi gündəmində Yaxın Şərqdə – xüsusilə İsrail, ABŞ və İranın cəlb olunduğu münaqişə məsələsi yer almayacaq. Mövzuya yalnız pərdəarxası və qeyri-rəsmi müzakirələr səviyyəsində toxunula bilər.

 

Bu barədə məlumatı Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "TVP" telekanalına açıqlamasında verib.

 

“Yaxın Şərqdəki münaqişə NATO ölkələrinin dövlət və hökumət başçılarının nahar zamanı qeyri-rəsmi söhbət mövzusu olacaq. Bu məsələ rəsmi iş sessiyalarında deyil, əsasən dəhlizlərdə müzakirə ediləcək. NATO bu münaqişədə heç bir formada iştirak etmir”, – deyə nazir bildirib.

 

Mənbə: Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər