00:00:00
Yazar
Admin User
30.08.2025 12:56 139 1 dəq oxuma
Sosial

Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb

Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb

Naxçıvan-Bakı marşrutu üzrə avtobus reyslərinin sayı artırılıb

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.

 

Hazırda marşrutun hərəkət qrafikinə əlavə olunan yeni reyslə ümumi reyslərin sayı 5-dən 6-ya çatdırılıb. Bildirilib ki, vətəndaşlar əlavə olunmuş reyslər barədə ətraflı məlumatı Naxçıvan ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə "biletim.az" platforması vasitəsilə əldə edə bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər