00:00:00
Yazar
Admin User
01.12.2025 17:28 138 5 dəq oxuma
Siyasət

Naxçıvan Dövlət Universiteti ilə Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur

Naxçıvan Dövlət Universiteti ilə Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Nazir bildirib ki, hazırda tərəflər tələbə-müəllim mübadiləsi, birgə elmi araşdırmalar və yeni təhsil proqramlarının hazırlanması istiqamətində danışıqlar aparır. Əməkdaşlığın genişləndirilməsi Naxçıvanın ali təhsil sisteminə beynəlxalq təcrübənin gətirilməsi və regionun akademik potensialının artırılması baxımından vacib addım kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, Azərbaycan ilə Çin arasında olan münasibətlərin iki ölkə lideri-Prezident cənab İlham Əliyev və sədr Si Cinpinin qarşılıqlı etimada əsaslanan dostluq prinsipləri üzərində formalaşdığını deyə bilərik:

 

 “Bir kəmər, bir yol” təşəbbüsü və onun əsas tərkib hissələrindən biri olan Orta Dəhliz layihəsinin ölkələrimiz arasında iqtisadi, nəqliyyat, humanitar əməkdaşlığın genişlənməsi üçün mühüm platforma olduğunu vurğulamaq lazımdır. Əlavə olaraq qeyd etmək olar ki, bu konteksdə Zəngəzur dəhlizinin reallaşması regionun logistik və strateji əhəmiyyətini artıraraq Asiya ilə Avropanı birləşdirən mühüm qovşağa çevriləcək. Təbii ki,elm və təhsil sahəsində olan əməkdaşlıqlar “Bir kəmər, bir yol” ideyasının humanitar və elmi ölçüsünü gücləndirir, xalqlarımız arasında qarşılıqlı anlaşmanı, dostluğu və tərəfdaşlığı daha da dərinləşdirir. Beynəlxalq əməkdaşlıq strategiyasında Çinin nüfuzlu universitetləri ilə tərəfdaşlığın prioritet istiqamətlərdən biri kimi qiymətləndirmək olar. Həmçinin Elm, texnologiya və innovasiya sahələrində birgə təşəbbüslərin qarşılıqlı faydasını da söyləmək olar. Təhsil sahəsində olan əməkdaşlıq eyni zamanda Çin və Azərbaycan xalqları arasında dostluq, əməkdaşlıq körpüsünün möhkəmlənməsinə xidmət edəcək.

 

Naxçıvan Dövlət Universiteti ilə Çin universitetləri arasında qurulacaq əlaqələr, bir neçə cəhətdən tələbələrin xaricdə təhsil imkanlarını genişləndirə bilər. İlk öncə tələbələr Çin universitetləri ilə əməkdaşlıq nəticəsində beynəlxalq təcrübə qazana bilərlər. Çin dünyada təhsil sahəsində bir çox yenilikləri və irəliləyişləri ilə tanınır. Bu əməkdaşlıq çərçivəsində tədris proqramlarının diversifikasiyası və yeni metodların tətbiqi tələbələrə daha zəngin təhsil təcrübəsi təqdim edər. Bundan başqa bu proqram çərçivəsində tələbələr Çin universitetlərinə göndərilə bilər, həmçinin Çinli tələbələr Naxçıvan Dövlət Universitetində təhsil alar. Bu mübadilə, tələbələrin müxtəlif mədəniyyətlər və təhsil sistemləri ilə tanış olmalarına imkan verər, həmçinin onların beynəlxalq əlaqələrini gücləndirər.

 

Ən vacib məqamlardan biri isə birgə araşdırmalar ki, bu da öz növbəsində tələbələrin müxtəlif sahələrdə genişləndirilmiş akademik bacarıqlara sahib olmalarını təmin edər. Çin universitetləri ilə əməkdaşlıq, tələbələrə daha çox elmi araşdırmaların aparılmasında iştirak etmə, beynəlxalq konfranslarda iştirak və elmi məqalələr dərc etmə imkanları yaradar.

 

Çinlə əməkdaşlıq nəticəsində tələbələrə Çin bazarına, mədəniyyətinə və iqtisadiyyatına uyğun karyera imkanları yaradılacaq. Bu da onların gələcəkdə iş tapma prosesini asanlaşdıra bilər. Çin iş dünyası ilə əlaqələr tələbələrə qlobal əmək bazarında rəqabət qabiliyyətini artırar. Çin universitetləri öz yüksək keyfiyyətli təhsil sistemi ilə tanınır. Bu əməkdaşlıq, Naxçıvan tələbələrinə Çində yüksək səviyyəli təhsil alaraq, elmi və texnoloji inkişaflarda aparıcı rol oynamağa imkan verəcək. Ümumilikdə, bu əməkdaşlıq Naxçıvan tələbələrinə beynəlxalq təhsil mühitində daha çox imkan açaraq, onların akademik və peşəkar inkişafını dəstəkləyəcək".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Çin universitetləri arasında əməkdaşlığa dair məsələdir və bir neçə mühim istiqaməti əhatə edir:

 

"Düşünürəm ki, bu əməkdaşlığın genişləndirilməsi regional ali təhsil üçün yeni bir mərhələ kimi qiymətləndirilə bilər. Təhsil nazirinin bildirdiyinə görə, hazırda Naxçıvan Dövlət Universiteti ilə Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır. Tərəflər 1900 modeli üzrə əməkdaşlıq formatını müzakirə edirlər. Buraya tələbə və müəllim mübadiləsi, akademik mobilliyin artırılması, xarici təcrübənin universitetə gətirilməsi və gənclərin beynəlxalq təhsil imkanlarına çıxışının genişləndirilməsi daxildir.Digər mühüm sahə isə birgə elmi araşdırmalardır. Xüsusilə texnologiya, mühəndislik, enerji və regionlara uyğun sosial elmlər sahəsində ortaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Çin təhsil modelləri ilə beynəlxalq standartların sintezini əsas götürən yenilənmiş proqramların hazırlanması planlaşdırılır.

 

Nazirin sözlərinə görə, bu əməkdaşlıq Naxçıvan təhsil sisteminə xarici təcrübənin gətirilməsi, universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsi və regionun akademik potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır. 

 

Bu əməkdaşlıq təkcə akademik mübadiləni deyil, həm də strateji elmi imkanların inkişafını əhatə edir. Məsələn, yeni elmi laboratoriyaların və texnoloji infrastrukturun qurulması ilə bağlı imkanlar yarana bilər. Çin universitetləri mühəndislik, informasiya texnologiyaları, biotexnologiya və enerji sahələrində inkişaf etmiş təcrübəyə malikdirlər. Bu sahələrdə birgə layihələr nəticəsində Naxçıvan Dövlət Universitetində müasir tədqiqat mühitinin formalaşacağı gözlənilir.Düşünürəm ki, Naxçıvan Dövlət Universiteti ilə Çin universitetləri arasında birgə tədqiqat laboratoriyaları yaradıla bilər. Ümumiyyətlə, Çin tərəfi tərəfindən müasir avadanlıq və texnoloji platformaların gətirilməsi mümkündür. Bu isə gənc tədqiqatçılar üçün real elmi mühitin formalaşmasına şərait yaradacaq.

 

Bundan başqa, birgə qrant layihələri və beynəlxalq elmi fondlara çıxış imkanı da əldə oluna bilər. Çin tərəfi Asiya elmi fondlarına, “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində təqdim olunan qrantlara və universitet-sənaye əməkdaşlığı proqramlarına çıxış imkanlarına malikdir. Bu isə Naxçıvan Dövlət Universitetinə elmi tədqiqatlar üçün maliyyə dəstəyi baxımından töhfə verə bilər.

 

Eyni zamanda, bu əməkdaşlıq beynəlxalq maliyyələşmə imkanlarını artıraraq, elmi nəşrlərin sayının artmasına və yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc olunmasına səbəb ola bilər. Bu, həmçinin universitetin beynəlxalq reytinqlərdə daha tez tanınmasına və region alimlərinin qlobal elmi diskussiyalarda iştirakına imkan yaradacaq.Bununla yanaşı, Naxçıvan Dövlət Universitetinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması gözlənilir. Xarici tələbə və müəllim sayı, beynəlxalq layihələr və elmi nəşrlər kimi göstəricilərdə artım reytinqlərə təsir göstərəcək. Birgə proqramlar çərçivəsində Çin və digər Asiya ölkələrindən tələbələrin Naxçıvana axını mümkündür. Bu isə həm mədəni mühitin canlanmasına, həm də iqtisadi baxımdan əlavə gəlirə və universitetin beynəlxalq imicinin güclənməsinə səbəb olacaq. Universitetdə beynəlxalq akademik mühit formalaşa bilər. İngilis dilində tədris genişlənər, tələbələr arasında beynəlxalq fəaliyyət artar, Çin dili də tədris edilə bilər. Bu isə çoxmədəniyyətlilik və qlobal düşüncə tərzinin formalaşmasına kömək edər. Yekun olaraq deyə bilərəm ki, birgə proqramlar Naxçıvanda təhsilin beynəlmiləlləşməsini struktur, məzmun və akademik-mədəni səviyyədə 3-4 dəfə sürətləndirə biləcək real mexanizmdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər