"Naxçıvan gərginliyi fonunda TRİPP yolu da risk altındadır” - ŞƏRH
“Naxçıvanın hədəfə alınmasında müəyyən məqsədlər güdülə bilər. Qarşı tərəf bəlkə də hesab edir ki, bölgədə hansısa xarici dövlətə məxsus hərbi baza və ya obyekt mövcuddur”.
İran İslam Respublikası bu gün Naxçıvana dron zərbələri endirib. Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə rəsmi bəyanat verib və açıq şəkildə qeyd edib ki, ölkə ərazisində hər hansı xarici dövlətə məxsus hərbi baza yoxdur və belə bir şey mümkün də deyil:
“Çünki Azərbaycanın məqsədi regionda gərginliyi artırmaq yox, əksinə onu azaltmaqdır. Digər ehtimallardan biri də dronun təsadüfən həmin əraziyə düşməsi ola bilər. Lakin bu versiya da hələlik müəmmalı qalır və qarşı tərəf bu məsələyə mütləq aydınlıq gətirməlidir. Mövcud gərginlik fonunda Azərbaycanın cavab addımları adekvat olmalı, dövlət bütün mümkün ssenarilərə hazır vəziyyətdə dayanmalıdır. Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, TRİPP marşrutu kimi layihələrin bəzi dairələri qıcıqlandırması ehtimalı da istisna edilmir. Bu baxımdan, regionda baş verən proseslər diqqətlə izlənilməli və ölkə hər bir ehtimala qarşı hazırlıqlı olmalıdır”.
