00:00:00
Yazar
Lalə Qafarova
05.03.2026 21:04 11 1 dəq oxuma
Hadisə

Naxçıvan Hava Limanına PUA hücumu - Bakı sərt reaksiya verib

Naxçıvan Hava Limanına PUA hücumu - Bakı sərt reaksiya verib

 


Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisinə İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

 

Nazirliyin açıqlamasına görə, bu gün günorta saatlarında Naxçıvana İran tərəfdən PUA hücumları həyata keçirilib. Bildirilib ki, PUA-lardan biri Naxçıvandakı beynəlxalq hava limanına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hücum nəticəsində hava limanı binasına ziyan dəyib və iki mülki şəxs yaralanıb.

 

Nazirlik açıqlamasında qeyd edib:
“İran ərazisindən həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycanın ərazisinə qarşı bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bölgədə gərginliyin artmasına xidmət edir. İrandan qısa zamanda bu məsələ ilə bağlı izahat verməsini və bu cür hadisələrin təkrar olunmaması üçün təcili tədbirlər görməsini tələb edirik. Azərbaycan cavab vermək hüququnu özündə saxlayır”.

İranın səfiri XİN-ə çağırılıb.

Açıqlamada həmçinin bildirilib ki, Mücteba Dermiçilu - İranın Bakıdakı səfiri - Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim olunacaq.

 

TRT HABER 
Reyhan Quliyeva

#sərt #pua #azərbaycan #yeni #hava
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər