00:00:00
Yazar
Admin User
12.09.2025 06:29 125 1 dəq oxuma
Sosial

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su təchizatında fasilə yaranacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su təchizatında fasilə yaranacaq

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

 

"İnformator" "AZƏRTAC"a istinadən bildirir ki, qəza şəhərin Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

 

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər