00:00:00
Yazar
Admin User
08.09.2025 14:07 115 1 dəq oxuma
Sosial

Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatıb

Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatıb

Əlahiddə Ümumqoşun Orduda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb. 

 

"İnformator.az" "Axar.az"a istinadən yazır ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.

 

Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib. Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər