Naxçıvanda sazişi TDT-nin uğurlu inkişaf yolunun başlanğıcıdır
Bu fikirləri Azərbaycanın baş naziri Əli Əsədov vurğulayıb. O, TDT-nin Azərbaycan üçün önəmindən danışıb.
Məsələ ilə bağlı politoloq Azad Məsiyev “İnfarmator.az”a açıqlamasında bildirib ki, TDT-nin yaranmasının tarixi zərurətindən danışıb:
“Bildiyiniz kimi 2009-cu ilin oktyabr ayının üçündə Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulub. O dövrdə regionda tamam başqa bir reallıq var idi. Ona görə ki, Azərbaycan ərazisinin 30 faizi işğal altında idi. Türk Dövlətləri Təşkilatının yaranması tarixi zəruriyyətdən qaynaqlanır. Dünyada çoxqütblü bir sistem formalaşmaqdadır. Ümumilikdə dünyada bir xaosun mövcudluğunu görürük. Həm iqtisadi, həm siyasi, həm də hər bir sahədə bir xaos yaranır. Bu da ondan qaynaqlanır ki, dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir. Dünya siyasəti gücün qanunundan tənzimlənmir. Artıq dünyada bir xaos hökm sürür. Birləşmiş Millətlər Təşkilatı bu xaosun qarşısını alacaq gücdə də deyil. Proseslərin gedişi onu göstərir ki, dünya çoxqütblü bir sistemə keçməlidir. Təbii ki, belə olan təqdirdə Türk Dövlətləri Təşkilatının formalaşması zəruriyyəti meydana gəlir. 2009-cu ildə Naxçıvanda imzalanan bu təşkilat getdikcə həm siyasi, həm iqtisadi sahədə əməkdaşlığını genişləndirməkdədir. Xatırlatmaq yerinə də düşər ki, Naxçıvanda sənədin imzalanması, bir də ondan irəli gəlir ki, Türk Dövlətləri Təşkilatının lokomotivi Azərbaycan və Türkiyədir. Naxçıvan da bu bölgədə bir körpüdür. İndiki situasiya isə tamam fərqlidir. 44 günlük Vətən Savaşından sonra Azərbaycan həm de-facto, həm de de-yuri öz süverenliyini bərpə etdikdən sonra bu təşkilatın sürətlə inkişafı zəruriyyəti yaranır. Artıq Türk Dövlətləri Təşkilatı fonunda bir millət, bir ittifaq halına gəlmə zəruriyyəti yaranır. Çünki Turan İttifaqının yaranması üçün mütləq şəkildə Türk dövlətləri həm mənəvi inteqrasiyanı, həm iqtisadi inteqrasiyanı, həm də siyasi inteqrasiyanı həyata keçirməlidir. Ümumilikdə bu proseslərdə Azərbaycan lokomotiv rol oyunuyur. Azərbaycan prezidentinin tarixi bir fikri var. Və parlamentdə çıxışında da onu qeyd edib ki, bizim evimiz Türk dünyası evidir. Yəni, bu o deməkdir ki, Azərbaycan Türk dünyasının formalaşmasında strategiyasını müəyyən edib və Azərbaycan tərəfi də həm Türk dövlətləri təşkilatı ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığını gerçəkləşdirməkdədir”.
Əlavə olaraq ekspert Turan sivilizasiyasının yaranmasından bəhs edib:
“Bəli, 44 günlük Vətən Savaşından sonra, regionda yeni bir siyasi ittifaq yaranıb. Məhz bu siyasi situasiya da ondan irəli gəlir ki, Zəngəzur dəhlizin açılması, Azərbaycanla Naxçıvan arasında quru əlaqələrini bərpa etdikdən sonra, Türk Dövlətləri Təşkilatı ilə əlaqənin bərpası deməkdir. Yəni Turan İttifaqının, bir şah damarıdır. Turan İttifaqının aparan bir yoldur. Bu baxımdan, Naxçıvan kolidorunun, daha doğrusu Zəngəzur dəhlizin açılması, Naxçıvanla əlaqələrin bərpa olunması dünyada Türk Dövlətləri Təşkilatının iqtisadi inteqrasiyasını gətirib çıxardacaq bir yol olacaqdır. Bu sənədin Naxçıvanda imzalanması, bir də ondan iləri gəlir ki, Naxçıvan bir körpü yoludur və həyat da onu göstərir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra artıq nəqliyyat infrastrukturu Naxçıvan üzərindən bütün Türk dünyasına gedən bir yol olacaqdır. Ümumilikdə, Türk Dövlətləri Təşkilatının fonunda Turan İttifaqının yaranması tarixi bir zəruriyyətdir. Çünki dünya çoxqütblü sistemə keçdikdən sonra Türk dövlətləri dünyada güc mərkəzini çeviriləcək bir tarixi zəruriyyət yaradıb. Yəni, Turan İttifaqını yaratmaqla 5 milyon kvadratkilometr bir əraziyi, 200 milyondan çox bir əhalini sonsuz sadə yeraltı, yerüstü sərvətlərinə sahib olacaq bir gücə çevirilmiş olur. Yəni, artıq dünyada yeni bir sivilizasiya meydana gəlməsinə zərurət yaranıb. Turan sivilizasiyasının meydana gəlməsi zərurəti yaranıb. Bəşəriyyət Avropa sivilizasiyasından böyük əziyyət çəkməkdədir. Yeni sivilizasiya bəşəriyyətə sülhün, əminamanlığın yaranmasına gətirib çıxardacaq Turan sivilizasiyası, Turan İttifaqı bir övrəsi Naxçıvanda qoyulmasından asılı olmayaraq, bütün dünyaya səpələnəcək bir ideya olacaqdır. Turan İttifaqı bir millət, bir ittifaq halında formalaşacaq. Xatırlatmaq bir daha yerinə düşər ki, Ulu Öndərin bir fikir var, biz bir millət, iki dövlət fəlsəfəsi ilə yola çıxdıq, və bir millət, iki dövlət fəlsəfəsi ilə biz Qarabağın azad olmasını, Azərbaycanın işğaldan azad olmasını həyata keçirdik. İndi isə bir millət, bir ittifaq halına gələrək, dünyanı yeni bir güc mərkəzinə çevirərək, dünyada haqqın, ədalətin bərqarar olunmasına gətirəcək bir ittifaqın yaranmasına səbəb olacaq. Naxçıvanda imzalanan Türk Dövlətləri Təşkilatı genişlənərək, Turan İttifaqını gətirib çıxardacaq və bununla da bəşəriyyət yeni bir sivilizasiyanın inkişafını görəcəkdir. Bu proseslərdə Türkiyə və Azərbaycan lokomotiv rolunu oynayacaqdır. Təəssüflər olsun ki, Turan İttifaqına qısqanclıqla yanaşacaq müəyyən qüvvələr, müəyyən dairələr var və çalışacaqlar ki, bütün vasitələrlə buna maneəçilik törətsinlər. Amma buna baxmaraq, Türk Dövlətləri Təşkilatı xaricdən gələn təxribatlara adekvat cavab verəcək və bu təşkilatın inkişafını genişləndirəcəkdir. Türk təşkilatlarının fonunda Turan İttifaqı və bəşəriyyətin gələcəyi bu təşkilat üzərində qurulacaq. Ona görə ki, dünyada bir iqtisadi, siyasi, hərbi xaos baş verib və bunu da tənzimləmək üçün yeni güc mərkəzinə ehtiyac var. Bu da hesab edirəm ki, Turan İttifaqı olacaq”.
Banuçiçək Qurbanova