Nazir: Azərbaycandan Ermənistana premium, adi benzin və dizel yanacağı gətiriləcək
Azərbaycandan Ermənistana gətirilən növbəti yanacaq premium, adi benzin və dizel yanacağı olacaq.Nazir qeyd edib ki, Azərbaycan şirkətlərindən tədarük olunan yanacağın qiyməti bazar qiymətindən 80 dram aşağı olacaq.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator. az” a açıqlamasında bildirib ki,Azərbaycan neft məsullarının Ermənistan bazarına çıxarılması ticari əlaqələrimizin bərpa olunmasını göstərir:
“ Bu hərşeydən əvvəl jestdir, xoş yanaşmadır. Nəzərə alsaq ki, Ermənistan bazarında ki, qiymətlərdən daha ucuz qiymətə satılacaq bu məhsullar o deməkdir ki, Azərbaycan əslində bu əməkdaşlığı motivasiya edir, güzəştlər edir. Təbii ki, Ermənistan cəmiyyətinə bu müsbətdir. Ermənilər anlayır ki, Azərbaycanla əməkdaşlıq ticari əlaqələr onlar üçün əlverişlidir. Təbii ki, bu addımlar müəyyən qədər etimad mühiti yaradır . Daha vacib məqamlardan biri odur ki, Ermənistanda seçkilər keçirilir. Bu seçkilərdə Paşinyanın qalib gəlməsi bütövlükdə region dövlətlər, bizim üçün müsbət nəticədir. Ermənistanın gələcək hakimiyyətinə göstərilən dəstək anlaşmanın, uzalaşmanı dəvamlılığına qoyulan sərmayedir. Qarşı tərəf də Azərbaycanın bu jestini anlayır. Təbii yanacaq sənayesində əməkdaşlıq artık getdikcə anlayışla qarşılanır və yəqin ki, bu əməkdaşlığın genişləndirilməsi gündəmə gələcəkdir. Ermənistan bazarında biz hansı məhsulları sata bilərik, ora hansı məhsulları ixrac edə bilərik, onlar bizim bazarlarımıza nə verə bilər. Bu əməkdaşlıq getdikcə yayılacaq və digər sahələri əhatə edəcək. Əsas məsələ iki ölkə arasında sabitliyi təmin etməkdir. Bu doğru strategiyadır. Ermənilər də bu strategiyanın doğruluğunu anlayacaqlar və dəstəkləyəcəklər”.
Məsələ ilə bağlı, siyasi şərhçi Azər Həsrət öz fikirlərini bizimlə bölüşüb, Azərbaycandan Ermənistana yanacaq tədarükü münasibətlərə müsbət təsir gösdərir:
“İlk dəfə Azərbaycan yanacağı Ermənistana göndərildikdən sonra müəyyən qüvvələr ortalığı qarışdırmaq istəyib. Amma Ermənistan cəmiyyəti bunu yaxşı qarşılayıb və həvəslə qəbul edib. Bu gün Ermənistan tərəfi bəyan edib ki, Azərbaycandan daxil olan yanacağa təlabat böyükdür və qısa müddət ərzində satılıb qurtarıb.Təbiidir ki, bu siyasi münasibətlərə də müsbət təsir edəcək. Yavaş-yavaş ticari maraqlar üstünlük təşkil etməyə başlayacaq. Təbiidir ki, Ermənistada başa düşüb ki, Azərbaycanla düşmənçilik etmək deyil , normal münasibətlər qurmaq faydalıdır. Bir neçə ildən sonra Azərbaycan və Ermənistan həmçinin Türkiyə açıq şəkildə ticarətlə məşqul olacaqlar. Hətta elə olacaq ki, Azərbaycanın bir müəssəsəsinin xammalı Ermənistanda istehsal olunacaq və ya ortaq şirkətlər qurulacaq . Ermənistanda Azərbaycan yanacağının aşağı qiymətə satılması yalnış anlaşılmamalıdır. Ermənistan bu vaxta qədər yanacağı daha uzaqdan və daha çətin şərtlərlə əldə edə bilirdi. Buna görədə məcburiyyət qarşısında daha yüksək qiymət tətbiq etməli olurdu. Amma Azərbaycandan alınan yanacağ qısa müddətə çox qısa yol keçərək danışma xərcləri aşağı olaraq Ermənistana daxil olur. Nəticə etibari ilə Ermənistan yanacağı aşağı qiymətə satır. Bu yanaşmanın özü Ermənistan cəmiyyətinə bir daha gösdərir ki, Azərbaycanla normal iqtisadi münasibətlərin, siyasi münasibətlərin qurulması onların sosial problemlerinin həllinə, rifah halının yüksəldilməsinə töhfə verəcək”.
Selcan Xudiyeva
