00:00:00
Yazar
Admin User
05.12.2025 17:45 110 2 dəq oxuma
Siyasət

“Nazir Ceyhun Bayramovun ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb

“Nazir Ceyhun Bayramovun ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası çərçivəsində görüşüb.

Görüşdə Azərbaycan - ATƏT əməkdaşlığının gündəliyi və perspektivləri, təşkilatın mövcud çağırışları, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət və Azərbaycan - Ermənistan sülh prosesi müzakirə olunub.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ceyhun Bayramovun Vyanada ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşü vacib bir görüşdür:

 

“Belə ki, Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və ATƏT ilə əməkdaşlıq o zamandan bəri davam etməkdədir və nəzərə alsaq ki, ATƏT həm də, Azərbaycanda seçki islahatları məsələsi ilə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq edib. Bundan başqa, ATƏT, ATƏT-in Minsk qrupu uzun müddət Azərbaycan, Ermənistan münaqişəsində vasitəçilik etməyə çalışıb, Minsk qrupu yaradılıb. Doğrudur, yəni bu format ciddi bir nəticə verməsə də, onun fəaliyyəti sülh prosesinə təsir etməsə də, yəni irəliyə doğru addım atılmasa da, bütün hallarda təşkilatla Azərbaycanın əlaqələrinin davam etməsi və inkişafı hər iki tərəfin marağına uyğundur. Belə ki, ATƏT-in müəyyən prinsipləri var ki, bunlar beynəlxalq hüquqa tam əsaslanır. Azərbaycanda məhz beynəlxalq hüquqa hər zaman hörmət və riayət edən bir ölkədir. Firudin Sinirlioğlu həm də, nəzərə alsaq ki, vaxtilə Türkiyənin xarici işlər nazirinin müavini funksiyasını yerinə yetirib və Azərbaycanla kifayət qədər dərin əlaqələri var və bu görüş həm Güney Qafqaz regionunda sülh və təhlükəsizlik məsələlərinin həll olunması üçün əhəmiyyətə malikdir , eyni zamanda, gələcək çağırışı fonunda münasibətlərin dərinləşməsinə müsbət təsir edir və Azərbaycanın ATƏT-ə bir daha qeyd edirəm, əməkdaşlığı çoxşaxəlidir. Bu, xüsusilə də, demokratiya, insan haqları, seçki islahatları və sair kimi məsələlərdə özündə əhatə edir və Azərbaycanla ATƏT arasında bu istiqamətdə əməkdaşlıq formatları mövcuddur və inkişaf etdirilir “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər