Nazir Hakan Fidan amerikalı həmkarı ilə görüşüb
Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Qarşı tərəfin tələbi ilə keçirilən görüşdə İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədə artan gərginlik müzakirə edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, X sosial media hesabında paylaşım edib. Xarici işlər nazirli Hakan Fidanın Blinken ilə qarşı tərəfin tələbi ilə telefon görüşməsi etdiyi açıqlanıb.
Görüşdə Fidan bildirib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin şəhid olması və fələstinlilərə qarşı davam edən qırğın bir daha İsrailin sülhü bərqərar etmək istəmədiyini göstərdi.
“İsrailə təzyiq edilməlidir”
HƏMAS-ın daha əvvəl atəşkəslə bağlı konstruktiv münasibət nümayiş etdirdiyini bildirən Fidan, daimi atəşkəs üçün İsrailə təzyiq edilməli olduğunu bildirib.
Bölgədə artan gərginliyin narahatlıq doğurduğunu da deyən Fidan, İsrailin qarşıdurmaların daha da genişlənməsinə səbəb olacaq təxribatçı addımlardan çəkinməli olduğunu qeyd edib.
Aslanova Fatimə