Nazir Uraloğlu: İraqdan 4 təyyarə gətirməyə hazırlaşırıq
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, TRT Xəbərə açıqlamasında İsrail və İran arasında başlayan gərginliyin aviasiya sektoruna mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bölgədəki təhlükəsizlik vəziyyəti səbəbindən İraqda qalan 4 türk təyyarəsi Türkiyəyə gətiriləcək.
“İsrail və İran arasında başlayan hücumlar nəticəsində bölgədə təhlükəsizlik dəyişib. Bu səbəbdən 4 təyyarəmizi geri gətirməyə hazırlaşırıq”,– deyə nazir qeyd edib.
Uraloğlu əlavə edib ki, İranla bağlı vəziyyəti diqqətlə izləyirlər və gözləmə mövqeyində qalacaqlar. O bildirib ki, bölgədə hava məkanlarının vaxtaşırı bağlanması sərnişin və işçi axınına mənfi təsir göstərir.
Nazir həmçinin Hörmüz boğazının bağlanması riskinin ticarətə təsirini vurğulayıb və dəniz nəqliyyatı da daxil olmaqla alternativ yolların nəzərdən keçirildiyini qeyd edib.
TRT Haber
Mahmudlu Ləman