Nazirlik İzmirdə meşədə yaşadığı iddia edilən ailə ilə bağlı açıqlama yayıb
Ailə və Sosial Xidmətlər Nazirliyi İzmirdə meşədə məskunlaşdıqları iddia edilən ailə ilə bağlı açıqlama yayıb. Nazirliyin məlumatına görə, aparılan araşdırmalar və müsahibələr nəticəsində ailənin meşədə yaşamadığı müəyyən edilib.
Bəyanatda qeyd olunub ki, ailə ev sahibi ilə mübahisə zəminində evindən çıxarıldıqdan sonra Sosial Yardımlaşma və Həmrəylik Vəqfi dərhal otelə yerləşdirib.
Nazirlik əlavə edib ki, ailənin qalması üçün uyğun mənzil tapılması və mebel ilə təmin olunması istiqamətində işlər davam etdirilir.
TRT Haber
Aişə Mustafayeva