00:00:00
Yazar
Admin User
08.11.2025 18:59 156 1 dəq oxuma
Siyasət

Nazirlər Rusiyaya qarşı hərbi təlimdə

Nazirlər Rusiyaya qarşı hərbi təlimdə

Bölgədə artan gərginlik fonunda bir neçə ölkənin nazirlərinin Rusiyaya qarşı keçirilən hərbi təlimdə iştirakı siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli bildirib ki, Avropa öz təhlükəsizliyini təmin etmək məcburiyyətində olduğunu anlayır:

 

"Buna görə də həm diplomatik, həm də hərbi imkanlarını səfərbər edir. Bu baxımdan Şərqi Avropada təlimlər həyati əhəmiyyət daşıyır. Nazirlərin bu təlimlərlə bağlı açıqlamaları isə prosesə verilən qiyməti göstərir. Nazirlər nə qədər qətiyyətli olduqlarını göstərmək istəyir.

Rusiya ilə Qərb arasında münasibətlər onsuz da gərgindir. Rusiyanın nüvə başlığı daşıya bilən raket sistemlərini sınaqdan çıxarması isə gərgin olan münasibətləri daha da gərginləşdirib. Bu təlimlər də Rusiyanın təhdidlərinə cavab xarakteri daşıyır.

Qərb bu təlimlərlə göstərmək istəyir ki, Rusiyanın istənilən hücumuna cavab verməyə hazırdır".

 

Gülnar Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər