00:00:00
Yazar
Səadət Əlizadə
25.11.2026 22:19 90 2 dəq oxuma
İqtisadiyyat

Neft bazarında ucuzlaşma davam edir: Qiymətlərə hansı amillər təsir göstərir?

Neft bazarında ucuzlaşma davam edir: Qiymətlərə hansı amillər təsir göstərir?

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunur. “Brent” və “WTI” markalı neftin ucuzlaşması qlobal enerji bazarında təklif-tələbat balansı ilə bağlı sualları gündəmə gətirir. Bəs qiymətlərin aşağı düşməsinin əsas səbəbləri nədir və bu tendensiya davam edə bilərmi?

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, ABŞ-İran arasında müharibə ehtimalının azalması neftin ucuzlaşmasına səbəb olur:

 

 

"Neft qiymətlərini yalnız qısamüddətli dəyişikliklər əsasında qiymətləndirmək doğru deyil. Bu tendensiyaya rüblük, altıaylıq və illik dövrlər üzrə baxmaq daha məqsədəuyğundur. Hazırkı ucuzlaşmanın əsas səbəbi isə ABŞ-İran münasibətlərində müharibə təhlükəsinin azalmasıdır. Geosiyasi risklərin zəifləməsi neftin qiymətinə də aşağı istiqamətdə təsir göstərir".

 

 

Onun fikrincə, neftin orta qiyməti büdcə proqnozundan yüksək olduğuna görə Azərbaycan üçün ciddi risk görünmür:

 

"Azərbaycanda cari il üçün neftin orta qiyməti 65 dollar nəzərdə tutulub. Lakin ilin əvvəlindən indiyədək orta qiymət təxminən 100 dollar civarında olub. Bu baxımdan Azərbaycan proqnozlaşdırılandan daha baha qiymətə neft satır. Ona görə də hazırkı qiymət dəyişiklikləri ölkə üçün ciddi iqtisadi təhlükə yaratmır".

 

Sonda o bildirib ki, müharibə təhlükəsi artarsa neft bahalaşa, aradan qalxarsa 75-80 dollara qədər ucuzlaşa bilər:

 

"Neftin qiymətinin gələcək istiqaməti əsasən geosiyasi vəziyyətdən asılıdır. Müharibə təhlükələri artarsa, neftin qiymətində də yüksəliş müşahidə oluna bilər. Əksinə, geosiyasi gərginlik tamamilə aradan qalxarsa, neftin qiymətinin 75-80 dollar civarına qədər enməsi mümkündür".

 

 

Fatimə İbrahimova

#baki #bazarında #göstərir? #yeni #edir:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər