Neft, müdafiə və geosiyasət: Putin niyə Dehlidə Modini ziyarət edir?
Rusiya prezidenti Vladimir Putin Hindistana ikigünlük səfərə gəlib və burada hər iki ölkənin illik sammiti ərəfəsində baş nazir Narendra Modi onu qucaqlayıb.
ABŞ-nin Hindistana Rusiya neftinin alınmasını dayandırmaq üçün təzyiqi artırmasından aylar sonra baş verən səfər zamanı Dehli və Moskvanın bir sıra müqavilələr imzalayacağı gözlənilir. Bu, həm də ABŞ prezidenti Donald Tramp administrasiyasının müharibəyə son qoymaq üçün Rusiya və Ukrayna ilə bir sıra danışıqlar apardığı vaxta təsadüf edir. Hindistan və Rusiya onilliklər ərzində yaxın müttəfiq olublar və Putin və Modi arasında isti münasibətlər var. Burada onların hər ikisinin bir-birinə niyə ehtiyacı olduğuna və görüşərkən nələrə diqqət etməli olduqlarına nəzər salın.
BBC News
Cavahir Əsgərbəyli