00:00:00
Yazar
Admin User
20.05.2024 16:59 321 1 dəq oxuma
Dünya

Netanyahu: BCM İsraili dayandırmaq iqtidarında deyil

Netanyahu: BCM İsraili dayandırmaq iqtidarında deyil

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarı ölkəni dayandırmağa qadir deyil. Bu barədə Ynet portalı məlumat yayıb.

 

“Bu, qalmaqaldır. O, nə məni, nə də bizi dayandırmayacaq”, - Netanyahu Likud partiyasının Knessetdəki iclasında deyib.

 

Portalın məlumatına görə, İsrailin baş naziri həmçinin bəyan edib ki, İD sırf beynəlxalq hüquqa uyğun döyüşən dünyanın ən əxlaqlı ordusudur.

 

Bununla belə, hazırda Netanyahu BCM-nin hərəkətləri ilə bağlı açıqlama verməyib.

 

Mayın 20-də BCM-nin prokuroru Kərim Xan Netanyahunun, eləcə də ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini istəyib . İsrail prezidenti İsaak Hersoq bu qərarı “dünya məhkəmə sistemi üçün çöküş” adlandırıb .

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər