00:00:00
Yazar
Admin User
22.05.2024 17:19 403 1 dəq oxuma
Dünya

Netanyahu: Fələstini bir neçə ölkənin tanıması terrorun mükafatıdır

Netanyahu: Fələstini bir neçə ölkənin tanıması terrorun mükafatıdır

İsrailin baş naziri Benyamin Netanyahu bir sıra ölkələrin Fələstin dövlətçiliyini tanımasını pisləyib və bu addımı terrorun mükafatı adlandırıb. Bu barədə TASS məlumat yayıb.

 

“Bir sıra Avropa ölkələrinin Fələstin dövlətini tanımaq niyyəti terrorizmin mükafatıdır”, - Netanyahu bildirib.

 

O, əlavə edib ki, İordan çayının qərb sahilindən olan “fələstinlilərin 80 faizi” Fələstin radikal HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu dəstəkləyir. Baş nazirin sözlərinə görə, bu pisliyi dövlətin öhdəsinə buraxmaq olmaz.

 

Bundan əvvəl İspaniya , İrlandiya və Norveç Fələstini müstəqil dövlət kimi tanıyıb. Müvafiq qərar mayın 28-dən qüvvəyə minəcək.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər