00:00:00
Yazar
Admin User
30.11.2025 12:05 99 1 dəq oxuma
Dünya

Netanyahu Prezidentdən əfv istəyib

Netanyahu Prezidentdən əfv istəyib

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə prezidenti İsxak Hersoqa əfv müraciəti təqdim edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Prezidentinin Ofisi məlumat yayıb.

 

Məlumata görə, Netanyahu bununla bağlı rəsmi şəkildə Prezident Administrasiyasına müraciət ünvanlayıb.

 

Müraciətin detalları barədə hələlik məlumat açıqlanmayıb.


Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu korrupsiya ittihamları ilə üzləşib. Siyasətçiyə qarşı dələduzluq və etimaddan sui-istifadə ilə bağlı cinayət işi açılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər