00:00:00
Yazar
Admin User
06.08.2025 17:35 132 2 dəq oxuma
Siyasət

Netanyahudan orduya əmr

Netanyahudan orduya əmr

 

Biz Qəzza zolağının tam işğalına doğru irəliləyirik. Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun Ofisindəki adı açıqlanmayan yüksək rütbəli rəsmilər bildirib.Qeyd olunub ki, Netanyahu tezliklə orduya Qəzzanı tamamilə işğal etmək əmrini verə bilər.

 

Mövzu ilə bağlı “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Qəzza zolağında humanitar vəziyyət artıq fəlakətli səviyyəyə çatıb:

 

“Bəzi dövlətlər, bölgədə aclıqdan ölüm hallarının qarşısını almaq məqsədilə humanitar yardımları təyyarələrlə havadan atırlar. Bu isə onu göstərir ki, Qəzza zolağı getdikcə tam bir fəlakət zonasına çevrilir.Bütün bu baş verənlər fonunda İsrailin bölgəni tamamilə boşaldaraq işğal etməsi ehtimalı real görünmür. Hətta rəsmi Tel-Əvivin belə bir niyyəti olsa belə, beynəlxalq ictimaiyyət bu məsələdə artıq ciddi narahatlıq ifadə edib.Xüsusilə Avropa dövlətlərinin sərt reaksiyaları diqqət çəkir. Avropa İttifaqının aparıcı ölkələri – Fransa, Almaniya və Böyük Britaniya – məsələnin beynəlxalq hüquq normaları çərçivəsində, iki dövlət prinsipi əsasında həllini tələb edirlər. Onlar həmçinin müəyyən şərtlər irəli sürsələr də, əgər söhbət Qəzza zolağının tam işğalından gedərsə, həmin dövlətlərin mövqeyi daha da sərtləşə bilər”.

 

Elçin Xalidbəyli son olaraq açıqlamasına əlavə edib ki, bu ölkələr sentyabr ayında Fələstini müstəqil dövlət kimi tanıyacaqlarını bəyan ediblər:

 

“Bu da onu göstərir ki, Fələstin probleminin hərbi və işğal yolu ilə həll olunması İsrail üçün heç də asan başa gəlməyəcək.Üstəlik, ABŞ İsraili bir mənalı şəkildə dəstəkləsə də, bu məsələ olduqca mürəkkəb xarakter daşıyır və beynəlxalq səviyyədə geniş rezonans doğurur”.

 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər