00:00:00
Yazar
Nərmin Həşimova
28.07.2026 21:01 26 2 dəq oxuma
Siyasət

"Netanyahunun Trampla görüşünün əsas hədəfi İrana qarşı planları müzakirə etməkdir"- AÇIQLAMA

"Netanyahunun Trampla görüşünün əsas hədəfi İrana qarşı planları müzakirə etməkdir"- AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri beynəlxalq siyasətin diqqət mərkəzindədir. Yaxın Şərqdə davam edən gərginlik, regional təhlükəsizlik məsələləri və iki ölkə arasında strateji əməkdaşlığın gələcək perspektivləri fonunda baş tutacaq bu görüşün mühüm mövzuların müzakirəsinə həsr olunacağı gözlənilir.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Netanyahunun Donald Trampla görüşü əsasən İran və Yaxın Şərqdəki durumla bağlıdır:


“İran məsələsində bir növ ABŞ və İsrail dalana dirənib. Sanki arının yuvasına çubuq salıblar, amma nəticə hələ də əldə olunmayıb. Hətta İsrail və ABŞ arasında İrana müdaxilə ilə bağlı fikir ayrılıqları da var. Eyni zamanda, ABŞ daxilində də siyasi dairələr arasında ixtilaf mövcuddur. Həmçinin İranın proksi qüvvələrinin İsrailə qarşı mümkün hücumları hər iki tərəfi narahat edir. İranda ABŞ əks effekt aldı. Belə ki, hakimiyyəti daha da möhkəmləndirmiş oldu. Sanki müharibəyə qərar verməkdə İsrailin emosiyaları üstün gəldi. Əsas məqsəd İsrailin Qəzza soyqırımını unutdurmaq olduğu halda, buna nail olunsa da, İranda bayraqlığa batmış kimi görünürlər. Rusiya və Çinin İrana yüksək səviyyədə dəstəyi Qərbi həm Ukrayna cəbhəsində, həm də İran cəbhəsində sıxışdırır. İsrail və ABŞ, həmçinin ABŞ və Avropa arasındakı ziddiyyətlər və mövqe fərqliliyi, eyni zamanda maraqların toqquşması İran və Rusiya qarşısında bu dövlətlərin xeyrinə olaraq balansı dəyişir. Xüsusən İsrailin əsas hədəflərindən biri olan Türkiyə ilə ABŞ arasındakı isti münasibətlər İsraili narahat edən məsələlərdəndir. Olsun ki, bu mövzuda da Netanyahu Trampa təsir göstərməyə cəhd etsin. Əsas məqsəd isə İrana qarşı hərbi əməliyyatları tezləşdirməkdir. Netanyahudan sülh gözləmək sadəlövhlük olardı".


Mehriban Yariyeva

#əsas #i̇rana #netanyahunun #planları #müzakirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər