Netflix-in Warner Bros-u alması
Netflix, Hollivudda böyük bir anlaşma çərçivəsində Warner Bros Discovery-nin film və yayım bizneslərini 72 milyard dollara (54 milyard funt sterlinq) almağa razılaşıb.
Uzun çəkən rəqabətdən sonra, Netflix Warner Bros üçün Comcast və Paramount Skydance kimi rəqibləri geridə qoyaraq qalib gəlib. Warner Bros-a Harry Potter və Game of Thrones kimi məşhur franşizalar və HBO Max yayım xidməti məxsusdur.
Bu satınalma əyləncə sənayesində yeni bir nəhəng yaradacaq, amma müqavilənin qüvvəyə minməsi üçün rəqabət qurumlarının təsdiqi də tələb olunacaq.
BBC News
Səadət Əlizadə