00:00:00
Yazar
Admin User
21.02.2025 18:28 241 1 dəq oxuma
Dünya

Netflix Meksikaya 1 milyard dollar investisiya edəcək

Netflix Meksikaya 1 milyard dollar investisiya edəcək

Netflix CEO-su Ted Sarandos, Meksikaya 4 il ərzində 1 milyard dollar sərmayə qoyacaqlarını açıqlayıb.

 

Sarandos, Meksika prezidenti Klaudiya Şeynbaumun Mexikoda keçirdiyi mətbuat konfransında danışıb.

 

Sarandos, çıxışında Meksikanın şirkət üçün əhəmiyyətindən bəhs edib və Netflix istehsalının ölkədəki iqtisadi təsirinə diqqət çəkib. Sarandos, Şeynbaumun "böyümə və imkanlarla dolu canlı və firavan Meksika baxışını" paylaşdıqlarını vurğulayıb.

Bunun bir parçası olmaq istədiklərini ifadə edən Sarandos, "Netflix-in önümüzdəki 4 il ərzində Meksikada serial və film istehsalına 1 milyard dollar sərmayə qoyacağını elan etməkdən xoşbəxtəm", deyə bildirib.

Sarandos əlavə edib ki, bu investisiya audiovizual sektorun inkişafına kömək edəcək və ölkə daxilində məşğulluq və imkanlar yaradacaq.

 

Habertürk

Çinarə Tarverdiyeva

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər