00:00:00
Yazar
Admin User
05.12.2025 18:35 84 2 dəq oxuma
Dünya

“Netflix”, “Warner Bros Discovery”ni 82,7 milyard dollara almaq üçün razılaşıb

“Netflix”, “Warner Bros Discovery”ni 82,7 milyard dollara almaq üçün razılaşıb

Studiyanın və yayım platformasının “Netflix”in Warner Bros Discovery (WBD) media şirkətini 82,7 milyard dollarlıq müəssisə dəyəri ilə satın almaq üçün bağlayıcı razılaşma imzaladığı bildirilib.

 

“Netflix” və “Warner Bros Discovery” tərəfindən yayımlanan birgə açıqlamada bildirilib ki, hər iki şirkət “Netflix”in WBD-ni, film və televiziya studiyaları da daxil olmaqla, səhm başına 27,75 dollar müqabilində satın alması barədə razılığa gəlib.

 

Satınalmanın həm nağd, həm də səhm formasında həyata keçiriləcəyi qeyd olunub. “Netflix”in WBD səhm başına 27,75 dollar nağd ödəyəcəyi bildirilib. Bu məbləğ WBD-nin dəyərini 72 milyard dollara qaldırır, borclar da daxil edildikdə satınalma dəyəri 82,7 milyard dollar təşkil edir. Bundan əlavə, WBD səhmdarlarına təxminən 4,50 dollar dəyərində Netflix səhmı verilməsi də planlaşdırılır.

 

Satınalma yalnız WBD-nin film və televiziya studiyalarını deyil, həm də HBO Max adlı yayım xidmətini əhatə edir.

 

Müvafiq icazələrin alınmasından sonra bu satınalmanın 2026-cı ilin üçüncü rübündə tamamlanacağı gözlənilir.

 

Razılaşmanın film sənayesində yeni bir nəhəng şirkət yaratması və inhisarçılıqla bağlı müzakirələri gücləndirməsi ehtimal olunur. Hər iki şirkətin birlikdə dünya üzrə təxminən 450 milyon abunəsi var.

 

Bəzi amerikalı rəsmilər, sözügedən satış baş tutarsa, “Netflix”in rəqəmsal yayım bazarında “həddindən artıq güclü” mövqeyə sahib olacağından narahatlıqlarını bildiriblər.

 

Əvvəllər Time Warner adı ilə fəaliyyət göstərən WBD, 2016-cı ildə AT&T tərəfindən 85 milyard dollara satın alınmış, 2022-ci ildə isə Discovery Inc. ilə birləşib.

 

Böyük borcu olan WBD-nin satılması, son illər rəqəmsal transformasiya ilə sarsılan media sektorunda sürətlənən birləşmə prosesinin növbəti nümunəsi kimi qiymətləndirilir.

 

“Netflix”lə yanaşı, media şirkətləri Paramount, Skydance və Comcast də satınalma təklifləri vermişdilər. Son illərdə qlobal əyləncə sektoruna iri həcmli investisiyalar edən Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) da WBD-ni almağa çalışdığı iddia edilirdi.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər