New York Jets oyunçusu ağır vəziyyətdədir
Amerika futbolu komandası New York Jets-in kornrbeki Kris Boyd bazar günü səhər saatlarında qarın nahiyəsindən güllə yarası alıb.
New York Polis İdarəsinin CBS News-a verdiyi məlumata görə, 29 yaşlı Boyd xəstəxanada ağır vəziyyətdədir. NYPD hadisə qurbanının adını açıqlamasa da, Jets komandasının sözçüsü BBC-yə Boydun güllələndiyini təsdiqləyib.
Hadisə bazar günü səhər saat 02:00 radələrində (GMT 07:00) Manhettenin mərkəzində baş verib. Polis 911-ə daxil olan zəng üzrə atışma barədə məlumat alıb və Sei Less adlı elit restoranın qarşısında hadisə yerinə gəlib. NYPD-nin CBS-ə bildirdiyinə görə, istintaq davam edir və şübhəli şəxs hələ nəzarətə alınmayıb.
BBC
Fatimə Hüseynli