Neyzen, ebru rəssamı və fotoqraf Niyazi Sayın vəfat edib
Türkiyənin tanınmış neyzen, ebru rəssamı və fotoqrafı Niyazi Sayın 98 yaşında İstanbulda vəfat edib.
1927-ci il fevralın 12-də Üsküdarda anadan olan Niyazi Sayın türk musiqisinin inkişafında mühüm rol oynamış sənətkarlardandır. O, 1947-ci ildə tanış olduğu Mustafa Düzgünmanın evində keçirilən xüsusi dini musiqi dərslərində iştirak edərək musiqi aləminə qədəm qoyub.
Sayın, müəllimi Düzgünmandan klassik ebru və cildçilik sənətlərini, həmçinin fotoqrafiyanı da öyrənib. O, ömrünü musiqiyə həsr edib, bir çox tələbə yetişdirib və türk musiqisinin yaşadılmasına böyük töhfələr verib.
2014-cü ildə “Mədəniyyət və İncəsənət Böyük Mükafatı”na layiq görülən Niyazi Sayın həm musiqi, həm də incəsənət sahəsində iz qoyan nadir sənətkarlardan biri kimi yadda qalacaq.
TRT XƏBƏR
Ləman Mahmudlu