00:00:00
Yazar
Admin User
31.05.2024 16:05 303 1 dəq oxuma
Dünya

Nəhəng bank ilin sonuna dollar/TL proqnozunu yeniləyib

Nəhəng bank ilin sonuna dollar/TL proqnozunu yeniləyib

ABŞ-ın bank nəhəngi JPMorgan dollar/TL üzrə ilin sonuna proqnozunu yenidən nəzərdən keçirib.

 

"İnformator.az" xəbər verir ki, bank daha əvvəl 36 TL olaraq açıqlanan təxminini 35,5-ə endirib. JP Morgan Türkiyə istiqrazları üçün tövsiyəsini "Artıq çəki" səviyyəsinə qaldırdı.

 

JPMorgan dollar / türk lirəsi (TL) pariteti ilə bağlı il sonu gözləntisini 36-dan 35,5-ə yenidən nəzərdən keçirərək , Türkiyədə siyasət dərəcəsi və inflyasiyanın zirvəsinə yaxınlaşdığına inamın artdığını vurğuladı.

 

Dünya qəzetinin xəbərinə görə; Bank inflyasiyanın 2025-ci ilin sonuna kimi 25 faizə düşəcəyinə əmin olduğunu bildirib.

Bank, həmçinin Türkiyənin dövlət daxili borc qiymətli kağızları (GDS)/Dövlət istiqrazları üçün investisiya tövsiyəsini "artıq çəki" səviyyəsinə yüksəldib.

 

Şəmsiyyə Cəfərquluzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər