00:00:00
Yazar
Admin User
28.10.2025 18:10 142 2 dəq oxuma
Dünya

Niderland Aİ-ni "Lukoil" və "Rosneft"ə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Niderland Aİ-ni "Lukoil" və "Rosneft"ə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Niderlandın Baş naziri vəzifəsini icra edən Dik Shof hesab edir ki, Avropa İttifaqı Rusiyanın neft şirkətləri "Lukoil", "Rosneft" və onların törəmə şirkətlərinə qarşı ABŞ kimi oxşar sanksiyalar tətbiq etməyə çağırıb.Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi "Rosneft", "Lukoyl" və bu şirkətlərin 34 törəmə müəssisəsini yeni sanksiyalar paketinə daxil edib.

 

Bu mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a bildirib ki,Niderland baş nazirinin bu çağırışı təbiidir və Qərb dünyasında formalaşmış ümumi meyllərlə səsləşir:

 

“O, Qərb koalisiyasının birgə şəkildə Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayır. Belə olan halda sanksiyalar daha effektiv nəticə verə bilər.Bəzən Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və NATO-nun bu məsələyə yanaşmaları fərqli olur. Bu uyğunsuzluq isə nəticə etibarilə Ukraynanı çətin vəziyyətdə qoyur. Məhz buna görə də Niderland baş naziri Avropa İttifaqını ABŞ ilə birlikdə Rusiya neft şirkətləri və iri enerji nəhənglərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.Əgər bu qərarlar ABŞ ilə uzlaşdırılaraq həyata keçirilsə, təsiri daha güclü olar və Rusiyanın iqtisadi cəhətdən sıxışdırılmasına xidmət edər. Əks halda, pərakəndə şəkildə tətbiq edilən sanksiyalar Moskvanı təcavüzkar siyasətindən çəkindirməkdə yetərli olmaz. Əksinə, Rusiya bu vəziyyətdən istifadə edərək müharibəni davam etdirmək imkanı əldə edə bilər.Hazırda Avropa İttifaqı və ABŞ birlikdə Rusiyaya, onun vəzifəli şəxslərinə və iş adamlarına qarşı geniş sanksiyalar tətbiq edir. Bu sanksiyaların əsas hədəfi Rusiya neft və qaz sənayesidir. Çünki Moskva enerji ixracından əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını dəstəkləyir və Ukraynaya qarşı müharibəni davam etdirmək imkanına malik olur.Bundan əlavə, Rusiya rəhbərliyində təcavüzkar siyasəti dəstəkləyən şəxslər – o cümlədən prezident Vladimir Putin və yüksək vəzifəli rəsmilər – sanksiya siyahısına daxil ediliblər. Onların Avropa ölkələrinə səfəri halında həbs olunma riski mövcuddur. Faktiki olaraq, Vladimir Putin Avropa ölkələrindən birinə səfər edərsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, onun həbs olunması hüquqi öhdəlikdir.Bu sanksiyalar Rusiyanın təcavüzkar siyasətini məhdudlaşdırmağa yönəlib və müəyyən nəticələr də verir.Hazırda Rusiya iqtisadiyyatı ciddi böhran yaşayır, əhali arasında narazılıqlar artır. Bir sıra milli respublikalar isə müharibənin nəticələrindən narazı qalıb mərkəzi hakimiyyətdən uzaqlaşmağa meyl göstərirlər.Ümumilikdə, rus hegemonluğu qeyri-rus xalqların sosial və iqtisadi baxımdan ağır vəziyyətdə yaşamasına gətirib çıxarıb.Bütün bu amillər Rusiya dövlətinin zəifləməsini və çöküş ərəfəsində olmasını göstərir.Tətbiq edilən sanksiyalar isə bu prosesi daha da sürətləndirir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər