Niderland hökuməti dağılıb – sağçı PVV koalisiyadan çıxıb
Niderlandda ultra-sağçı Azadlıq Partiyası (PVV) lideri Geert Wilders, hökumətin miqrasiya siyasətinə etiraz edərək koalisiyadan çıxdığını açıqlayıb. Bu addım ölkənin ən sağ meyilli hökumətinin süqutuna səbəb olub.
Wilders bildirib: “Mən sərt sığınacaq siyasətinə görə imza atmışdım, ölkənin süqutuna görə yox”.
O, sərhədlərin bağlanması, sığınacaq mərkəzlərinin tikintisinin dayandırılması və mövcud mərkəzlərin bağlanması planını irəli sürsə də, koalisiya bu təklifləri qəbul etməyib.
Noyabr 2023 seçkilərinin qalibi olan PVV, koalisiya razılaşması nəticəsində hökumətə daxil olsa da, Wilders özü parlamentdə kənarda qalıb.
Baş nazir Dick Schoof hələlik məsələ ilə bağlı şərh verməyib. Yeni seçkilərin yaxın aylarda keçirilməsi gözlənilir.
CNN
Ayan Əsgərova