00:00:00
Yazar
Admin User
30.12.2025 09:42 89 1 dəq oxuma
Siyasət

Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

“ İnformator.az” xəbər verir ki, Azərbaycanın Niderlanddakı səfirliyindən verilən məlumata görə, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan icma təşkilatlarının rəhbər və üzvləri, eləcə də ölkənin müxtəlif şəhər və əyalətlərində yaşayan çoxsaylı həmvətənlər iştirak ediblər.

 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və azərbaycançılıq ideologiyasına əsaslanan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

 

Ardınca çıxış edən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, Niderlandda yaşayan Azərbaycan icmasının doğma Vətənə bağlılığından və Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyətindən bəhs edib, Azərbaycan dövləti tərəfindən diaspor təşkilatlarına göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.

 

Daha sonra əməkdar artist, kamança ustası Xəyyam Məmmədov və Niderlandda yaşayan azərbaycanlı musiqiçilər - tarzən Cavid Səlimov və xanəndə Sadıx Agamaliyevin ifasında vətənpərvərlik ruhunda Azərbaycan musiqiləri səsləndirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər