00:00:00
Yazar
Admin User
09.06.2025 12:57 38 1 dəq oxuma
Dünya

Nigeriyada 27 qanunsuz neft emalı müəssisəsi bağlanıb

Nigeriyada 27 qanunsuz neft emalı müəssisəsi bağlanıb

 

Afrikanın neft və təbii qaz zəngini ölkəsi Nigeriyada qanunsuz xam neftin emal edildiyi 27 müəssisə bağlanıb.

 

Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Müdirinin müvəqqəti vəkili Danjuma Jonah Danjuma yazılı açıqlamasında bildirib ki, ordu son iki həftə ərzində ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqçılarına qarşı əməliyyatlar keçirib.

 

Danjuma əməliyyatlarda 27 qanunsuz neft emalı müəssisəsinin bağlandığını, təxminən 161 min litr neft məhsulunun müsadirə edildiyini və 43 neft qaçaqçısının saxlandığını qeyd edib.

 

Nigeriyalı senator Ned Nwoko isə neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən ölkə iqtisadiyyatının 2023-cü ildə 3 milyard dollardan çox zərər gördüyünü açıqlayıb.

 

Nigeriyanın müəyyən edilmiş 37 milyard barrel neft ehtiyatları dünya ehtiyatlarının 3,1%-ni təşkil edir.

 

Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında olan Nigeriya, dünyada ən çox neft ehtiyatına sahib 8-ci ölkə və neft ixracında 6-cı yerdədir.

 

Neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft sahələrinə qarşı sabotajlar, toqquşmalar və adam oğurluğu hadisələri baş verir.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər