00:00:00
Yazar
Admin User
13.10.2025 09:01 186 1 dəq oxuma
Dünya

Nigeriyada “Boko Haram”ın 15 üzvü öldürülüb

Nigeriyada “Boko Haram”ın 15 üzvü öldürülüb

 

Nigeriyada ordu ilə terror təşkilatı Boko Haram arasında baş verən qarşıdurmada 15 terrorçu məhv edilib.

 

Məlumata görə, terrorçulara qarşı həyata keçirilən “Hadin Kai” əməliyyatı çərçivəsində ordu Borno əyalətinin Kaqa rayonunda əməliyyat keçirib. Əməliyyatın komandirlərindən biri, Uba Sani, ordu ilə Boko Haram silahlıları arasında toqquşma baş verdiyini bildirib.

 

Onun sözlərinə görə, qarşıdurma zamanı 15 terrorçu öldürülüb, bir çoxu isə yaralı halda qaçmağa nail olub. Həmçinin 4 nigeriyalı əsgər döyüşdə həlak olub. Ordunun açıqlamasında qeyd edilir ki, əməliyyat zamanı terrorçulara aid silah və sursat ələ keçirilib.

 

Qeyd edək ki, Boko Haram 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərir. 2009-cu ildən etibarən təşkilatın həyata keçirdiyi kütləvi terror aktları nəticəsində on minlərlə insan həyatını itirib.

 

Terrorçular zaman-zaman Nigeriyanın qonşuları olan Kamerun, Çad və Niger ərazilərində də hücumlar həyata keçiriblər. Çad gölü hövzəsindəki hücumlarda isə azı 2000 nəfər həlak olub.

 

Ölkədə illərdir davam edən terror aktları və silahlı toqquşmalar nəticəsində yüz minlərlə insan həyatını itirib, minlərlə şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər